COP29-la bağlı dəyirmi masa keçirilir - YENİLƏNİR-FOTO

22 Oktyabr 2024 10:18 (UTC+04:00)

Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29- Yaşıl strategiya , iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilmiş dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM)İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc Qlobal İqlim böhranının həlli istiqamətində Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri”mövsuna toxunub.

O qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili, başqa sözlə sosial amillər durur: “Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə,ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir”.