Nazirlik memorandum imzalamaq imkanını nəzərdən keçirir

22 Oktyabr 2024 09:50 (UTC+04:00)

Energetika Nazirliyi Çinin “China Energy Engineering Group” şirkəti ilə Anlaşma Memorandumu imzalamaq imkanını nəzərdən keçirir. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, Pekinə səfəri çərçivəsində “China Energy” şirkətinin vitse-prezidenti Lin Syadoan ilə görüşüb.

“Görüş zamanı 160 MVt gücündə elektrik stansiyası layihəsinin icrasının sürətləndirilməsi, şirkətin Azərbaycanda dəniz külək enerjisi layihələrində iştirakı və “yaşıl enerji” dəhlizləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin bərpaolunan enerji üçün avadanlıqların yerli istehsalının inkişafı, birgə elmi-tədqiqat mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Biz İşçi Qrupun yaradılması barədə razılığa gəldik və yeni əməkdaşlıq prioritetlərimizi əks etdirən Anlaşma Memorandumunun imzalanması təklifini yüksək qiymətləndirdik”, - o vurğulayıb.