Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb

22 Oktyabr 2024 08:08 (UTC+04:00)

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılmışdır. SİA xəbər verir ki, əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək əraziyə baxış keçirmiş, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Baki şəhər İcra Hakimiyyəti , paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.