İtaliya və Qətər liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər - FOTO

22 Oktyabr 2024 07:22 (UTC+04:00)

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə bu ölkədə səfərdə olan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib. SİA xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, görüşün əsas müzakirə mövzusu Yaxın Şərqdəki vəziyyət olub. Ciorcia Meloni İordaniya və Livana səfərlərinin nəticələri barədə qonağa məlumat verib. Bundan başqa, Qətərin Misir və ABŞ-la birgə Qəzzada atəşkəs danışıqları üçün apardığı vasitəçiliyə İtaliyanın dəstəyi ifadə olunub.

Şeyx Təmim bin Həməd Al Tani Romaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella ilə də görüşüb.