Albaniyanın sabiq prezidenti saxlanıldı

22 Oktyabr 2024 06:29 (UTC+04:00)

Albaniyanın sabiq prezidenti İlir Meta saxlanılıb. SİA xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb. Onun korrupsiya iddialarına görə polis tərəfindən saxlanıldığı və sözçüsü, Tedi Bluşinin məlumatı təsdiqlədiyi bildirilib. Sabiq president həm də "çirkli pulların yuyulması”nda şübhəli bilinir.

Qeyd edək ki, İ.Meta 2017-2022-ci illərdə Albaniyanın prezidenti olub.