"Hizbullah"ın yeni təyin olunmuş komandiri öldürüldü

22 Oktyabr 2024 05:44 (UTC+04:00)

Dəməşqdə "Hizbullah" komandiri Məhəmməd Kasirin varisi məhv edilib. SİA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, İsrailin Dəməşqdə avtomobilə endirdiyi hava zərbəsi nəticəsində "Hizbullah"ın 4400 bölməsinin yeni təyin olunmuş komandiri ölüb.

Qeyd edək ki, Məhəmməd Kasir təşkilat üçün silahların İrandan Livana daşınmasına cavabdeh şəxs hesab edilir.