Yaşıl çay hansı xərçəng növlərindən qoruyur?

22 Oktyabr 2024 01:07 (UTC+04:00)

Yaşıl çayın müntəzəm istifadəsi xərçəngə tutulma riskini azaldır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NEWS.ru portalı ilə söhbətində cərrah Aleksandr Umnov deyib.

Mütəxəssis qeyd edib ki, yaşıl çay mədəaltı vəzi, mədə, qida borusu, bağırsaq, yumurtalıq və süd vəzilərinə müalicəvi təsir göstərir.

...Təbii ki, tək yaşıl çay içmək xərçəngin inkişafını dayandıra bilməz. Bunun üçün kompleks amillər və müəyyən həyat qaydalarına və normalarına riayət etmək lazımdır, - deyə həkim əlavə edib.

Mütəxəssislərin fikrincə, onkoloji xəstəliklər çox vaxt yavaş inkişaf edir, buna görə də hərtərəfli yoxlama ilə onları ilkin mərhələdə tanımaq şansı var.

Bir çox insanlar qara çaya üstünlük verir. Ancaq amma qara çay yaşıl çay kimi faydalı xüsusiyyətlərə malik deyil.

Əlbəttə ki, hər şey şəxsi üstünlük və həssaslıqdan asılıdır, lakin sağlamlıq üçün qara çayı yaşılın lehinə tərk etməlisiniz.

Nazlı Almurdova