Bir tikə çörək üçün..?

21 Oktyabr 2024 20:26 (UTC+04:00)

Rostov vilayətində polis 18 nəfəri əmək köləliyindən azad edib. Qullar tərəvəz toplamaq üçün aparıldıqları fermada saxlanılırmışlar.

SİA xəbər verir ki, o filmlərdəki kimi hər şeyə cavabdeh Raca imiş?

...Vağzallarda işçilər tapmaq. Onlara pul qazanmağı təklif etmək. Və yerindəcə insanların pasportlarını götürmək...

Amma...məhkumlar maaş əvəzinə bir boşqab sıyıq, bir tikə çörək və çay alırmışlar. Özü də gündə bir porsiya. Qaçmağa yol olmayıb?

...Qullardan birinin yaxınları baş verənlərlə bağlı polisə məlumat verib. Onlarla yeni işçinin telefonundan əlaqə saxlaya bilib.

...Bu, qulların yaşadığı otaqlardan sadəcə biridir. Baxın, burada necə dəhşətli şərait var: çirkli divarlar, çox sayda çarpayılar... Yastıqların necə çirkli olduğuna baxın! Kifayət qədər yer olmayanda insanları quru yerdə yatırdırmışlar.

Bunu sonradan həmən fermaya baş çəkən rusiyalı müxbir bildirib.

Sonradan köləlikdən azad edilən 5 nəfər polisə ifadələr yazıb. Hazırda yoxlama aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları təsərrüfat sahibindən başqa kimin də dəstənin üzvü olduğunu müəyyənləşdirirlər.

Cinayət işinin başlanması məsələsinə baxılır.

Əli Babayev