Ərdoğan BRİKS sammitində iştirak edəcək

21 Oktyabr 2024 20:05 (UTC+04:00)

...Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik prezident Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində iştirakını təsdiqləyib. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Çelik, Türkiyənin əvvəldən ənənəvi ittifaqları qoruyaraq əlaqələrin şaxələndirilməsi baxımından dünyada hər cür platformada iştirak etmək niyyətində olduğuna diqqət çəkib. ...Çərşənbə günü Ərdoğan Kazanda keçiriləcək sammitdə iştirak edəcək. Cənab Prezidentin təmasları gələcək dövrü müəyyən edəcək, - o əlavə edib və daha hansı mümkün addımların müzakirə olunduğunu açıqlamayıb.

...Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.

...33 dövlət, o cümlədən 24-ü yüksək vəzifəli şəxslər səviyyəsində iştirakını təsdiqləyib.

...Bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİKS-də tam iştirak üçün ərizə təqdim etdiyini və ona baxıldığını təsdiqləyib.

Əli Babayev