Vyetnamın yeni dövlət başçısı seçilib

21 Oktyabr 2024 19:34 (UTC+04:00)

Vyetnam Kommunist Partiyasının (VKP) daimi üzvü Luong Kuong Vietnamın dövlət başçısı seçildi.

Ölkənin Milli Məclisində dövlət başçısı seçimi keçirildi. SİA-nın əldə etdiyi məlumata görə, səsvermədə 440 səsin hamısını alan 67 yaşlı Luong Kuong ölkənin yeni dövlət başçısı oldu. VKP-nin daimi üzvü olan Luong daha sonra and içərək vəzifəsinə başladı.

Uzun illər orduda xidmət edən Luongun rütbəsi 2019-cu ildə general dərəcəsinə yüksəldilmişdi.

Xatırladaq ki, Vyetnamda 2023-cü ilin əvvəlindən bu yana üç dövlət başçısı dəyişib.