Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu il Antalyaya gələn turistlərin sayının 15 milyon 300 mini keçdiyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kəmər rayonunda keçirilən toplantıda çıxış edən Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr ayları arasında şəhərə gələn turistlərin sayının 14 milyonu keçdiyini qeyd edib.
Oktyabrın 18-dək Antalyaya gələn turistlərin sayının 15 milyon 300 mindən çox olduğunu bildirən nazir, keçən ilin eyni dövrü ilə müqayisədə şəhərə gələn turistlərin sayında 8 faiz artım olduğunu deyib.