Ömər Bolat Andrii Sibiha ilə görüşüb

21 Oktyabr 2024 18:56 (UTC+04:00)

Türkiyənin Ticarət naziri Ömər Bolat Ukrayna ilə ticarət əlaqələrini gücləndirməyə, qarşılıqlı investisiyaları və ikitərəfli ticarət həcmini artırmağa önəm verdiyini bildirib. O, Türkiyəyə səfər edən Ukrayna Xarici işlər naziri Andrii Sibiha ilə bir araya gəlib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Bolat sosial media hesabından Sibiha ilə nazirlikdə keçirdikləri görüşlə bağlı paylaşım edib.

Türkiyənin Ukrayna ilə ticarət əlaqələrini gücləndirməyə, qarşılıqlı investisiyaları və ikitərəfli ticarət həcmini artırmağa önəm verdiyini vurğulayan Bolat "Ukraynanın ərazi bütövlüyünə hər zaman dəstək verən bir ölkə olaraq bölgəmizdə bərqərar ediləcək bir sülhün siyasi, iqtisadi və ticarət əlaqələrimizin inkişafına və Ukraynanın yenidən qurulması səyləri istiqamətində əməkdaşlığımıza müsbət təsir edəcəyinə inanırıq" ifadələrini işlədib.