Gimnaziadada Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub

21 Oktyabr 2024 17:10 (UTC+04:00)

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziada İdman Oyunlarında çıxış edəcək Azərbaycan şahmatçıları bəlli olub. Azərbaycan Şahmat Federasiyasından SİA-ya verilən məlumata görə, məktəblilərin iştirak etdiyi oyunlarda ölkəmizi Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli təmsil edəcək.

Gimnaziadada şahmat yarışları oktyabrın 25-29-da təşkil olunacaq. Azərbaycan şahmatçıları sözügedən ölkəyə ayın 23-də yola düşəcək.