Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir

21 Oktyabr 2024 16:36 (UTC+04:00)

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda 300 avtomobil gözləyir. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 7, “Samur” gömrük postunda 65, "Biləsuvar" gömrük postunda 37, "Astara" gömrük postunda isə 21 yük maşını var.

“Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.