“Lerik”ə texniki məğlubiyyət verildi

21 Oktyabr 2024 16:25 (UTC+04:00)

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, II Liqa təmsilçisi “Lerik” 2 oyuna görə cəzalandırılıb.

Adıçəkilən komanda VII turda “Şəfa” ilə görüşə gəlməməsi səbəbindən 0:3 hesablı texniki məğlubiyyət alıb, eyni zamanda 300 manat cərimələnib.

Bundan başqa Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” qarşılaşmasında oyun günü planı pozulduğuna görə birincilər daha 100 manat cərimə edilib.