Naxçıvana ilk qar yağıb

21 Oktyabr 2024 16:18 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasına mövsümün ilk qarı yağıb. Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Şahbuz rayonun Batabat və Kükü, Ordubad rayonunun Nurgüt və Dırnıs istiqamətlərində qar yağıb.

Qarlı hava şəraiti davam edir.