Ermənistan delimitasiya üzrə layihəni təsdiqlədi

21 Oktyabr 2024 14:59 (UTC+04:00)

Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib. SİA bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.