İdarə Heyəti sədrinə yeni müşavir təyin edildi

21 Oktyabr 2024 14:34 (UTC+04:00)

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib. SİA xəbər verir ki, "Yüksəliş" müsabiqəsinin qalibi Rəsulova Mehriban Mehman qızı bu vəzifəyə gətirilib.

O, cari ilin əvvəlindən qurumun Peşə hazırlığı departamentinin direktoru idi.

M.Rasulova Şotlandiyanın Qlazqo Universitetində Turizmin inkişafı üzrə magistr dərəcəsinə yiyələnib.