“Araz-Naxçıvan” iki futzalçı ilə anlaşıb

21 Oktyabr 2024 13:50 (UTC+04:00)

“Araz-Naxçıvan” futzal komandası heyətini iki oyunçu ilə gücləndirib. SİA Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu 28 yaşlı Əli Rüstəmi və 31 yaşlı Əmirhuseyin Rəsuli ilə anlaşıb.

Hər iki futzalçı qeydiyyatdan keçirilib və sabah “Baku Fire” ilə baş tutacaq görüşdə iştirak edə biləcəklər.