2 terrorçu məhv edilib

21 Oktyabr 2024 12:59 (UTC+04:00)

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Nazirlikdən verilən açıqlamada bildirilib: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.