AFFA rəsmisi təyinat alıb

21 Oktyabr 2024 12:31 (UTC+04:00)

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının III turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.