“Bakı Kristal Zalı”na yeni direktor

21 Oktyabr 2024 11:52 (UTC+04:00)

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu, Bahar Dadaşovadır.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.