269 min 702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

21 Oktyabr 2024 11:20 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269 min 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Əmlak Məsələləri Dövlət Xidmətindən SİA-ya bildirilib ki, bu göstəricinin 44 min 462-si (16,5 faiz) ilkin, 225 min 240-ı isə (83,5 faiz) təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 min 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-sentyabr aylarında 203 min 56 texniki pasport tərtib edilib, 56 min 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.