"Azərbaycan dünyada sülh istəyir" - TÜRK POLİTOLOQ AÇIQLADI

21 Oktyabr 2024 10:28 (UTC+04:00)

“Məlumdur ki, COP29 11-22 noyabr tarixlərində Azərbaycanda baş tutacaq. Bu il keçiriləcək konfrans 29-cu konfrans olduğu üçün COP29 adlanır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Hər il xüsusi təqvimlər üzrə keçirilən COP29-un önəmi qlobal karbon qazının (CO2) səviyyələrinin 1,5 dərəcədən yuxarı məhdudlaşdırılması istiqamətində irəliləyiş əldə etməkdir. Onun missiyası müddəaların müzakirəsi və həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar aparmaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, Kyoto Protokolunun və Paris Sazişinin bir orqanı kimi xidmət edir. Bu baxımdan, COP29-un Azərbaycanda təşkili bir çox aspektlərdə Azərbaycana müsbət töhfə verəcək. COP29-un siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik kimi bir çox sahələrə də töhfə verəcəyi gözlənilir.

Ölkənin şirin su ehtiyatlarının təxminən 25%-i Qarabağda və yeddi rayonda cəmləşib. Bu rayonların uzun illər işğal altında qalması ölkənin bu sərvətlərdən bəhrələnməməsinə, yüz minlərlə hektar kənd təsərrüfatı torpaqlarının suvarılmamasına, münbit torpaqların eroziyaya uğramasına, səhralaşma problemlərinin yaranmasına səbəb olmuşdur. Bu baxımdan, işğaldan sağ çıxan Suqovuşan və Sərsəng su bəndləri Azərbaycan üçün çox əhəmiyyətlidir.

Azərbaycan dünyada sülh istəyir. COP29 dünyaya sülhün olduğu qlobal hadisələrin siyahısını genişləndirmək şansı verir. COP29 dünyada konkret və hiss olunan şəkildə təbliğ olunur. Bu, təkcə Birləşmiş Millətlər Təşkilatının ruhunu və mandatını təcəssüm etdirməyəcək - beynəlxalq münasibətlərdə sülh və sabitliyi təşviq etmək və müharibəyə əl atmamaq, həm də ölkənin gələcəyi üçün maraq doğuran məsələlərin müzakirəsi zamanı həyata keçiriləcək yeni sülh gündəliyinə əsas verəcəkdir”.

Ayşən Vəli