Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

21 Oktyabr 2024 09:50 (UTC+04:00)

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,47% artaraq 2 742.80 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2.79% artaraq 34,19 ABŞ dollarına bərabər olub.