Qocalmanı yavaşladan içki, yox, bu qəhvə deyil...

21 Oktyabr 2024 01:08 (UTC+04:00)

...Bu içkinin tərkibində çoxlu faydalı vitaminlər var.

SİA-nın əldə etdiyi məlumata görə, Rospotrebnadzor mütəxəssisləri qeyd edirlər ki, bu içki şişkinliyi aradan qaldırmağa və qocalmanı yavaşlatmağa kömək edir.

Mütəxəssislərin fikrincə, söhbət qızılgül həlimindən gedir - bu, çox faydalıdır, çünki tərkibində hemoglobinin sintezini stimullaşdıran və qocalmanın qarşısını alan E vitamini var. Tərkibində həmçinin C vitamini, normal qan laxtalanmasına və sümük minerallaşmasına kömək edən K vitamini eləcə də çoxlu C vitamini var.

...Bundan əlavə, içkinin tərkibindəki likopen və beta-karoten göz sağlamlığından məsuldur və dərinin vəziyyətini yaxşılaşdırır.

Ümumiyyətlə, bu giləmeyvə infuziyası bədənin müdafiəsini gücləndirəcək, şişkinliyi aradan qaldıracaq, qan təzyiqini azaldacaq və öskürəyə kömək edəcək.

Bunu Rospotrebnadzor qeyd etdi.

Nazlı Almuradova