Beyruta ardıcıl zərbələr endirildi

20 Oktyabr 2024 01:21 (UTC+04:00)

İsrail qırıcıları Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, paytaxtın Haret-Horeyk məhəlləsində ən azı üç güclü partlayış baş verib. İsrail qırıcılarının zərbələri nəticəsində baş verən partlayış nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.