Muxtar Babayev: COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb

19 Oktyabr 2024 10:33 (UTC+04:00)

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində bəzi işlər tamamlanıb, qalan işlərin başa çatması üçün proses davam edir. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Uniformaların paylanması və akkreditasiya mərkəzi"nin (UDAC) açılış mərasimində deyib.

Onun sözlərinə görə, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün də hazırda işlər davam etdirilir.