Onlar döyüşə getməkdən imtina edirlər

19 Oktyabr 2024 00:54 (UTC+04:00)

...Rusiya Silahlı Qüvvələrinin əsgərləri Kursk bölgəsində qondarma “ət hücumlarına” getməkdən imtina edirlər. İddialara görə, rus hərbçiləri arasında əmrləri yerinə yetirməkdən imtina və fərarilik halları geniş vüsət almaqdadır.

SİA-nın əldə etdiyi məlumata görə, “Dialoq” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşması ilə əlaqəli olan “Şimal kanalı” Rusiyanın Z resursu xəbə yayıb.

O, Rusiya Silahlı Qüvvələrinin 155-ci briqadasının dəniz piyadaları sıralarında "motivasiya ilə bağlı ciddi problemlər" olduğunu bildirdi.

Deyilənlərə görə, bu bölmə Rusiya Silahlı Qüvvələrinin Kursk istiqamətinin şimal-qərb cinahında dayanmış hücumunda iştirak edir.

Bu yaxınlarda qrupun bir hissəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən mühasirəyə alındığı da məlum olub.

Əli Babayev