Malışeva uşaqlarının burnunu yuyan anaları dəli adlandırıb

18 Oktyabr 2024 22:15 (UTC+04:00)

Terapevt və teleaparıcı Elena Malışeva "Sağlam yaşa!" verilişinin efirində balaca uşaqların burnunu yaxalayan anaları dəli adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, həkim valideynləri azyaşlı uşağın burnunu yaxalamaqdan çəkindirib.

Onun sözlərinə görə, üç yaşınadək uşaqlarda xüsusi aparat vasitəsilə burun içindəkiləri sormaq lazımdır. Burun yuyulması, mütəxəssisin qeyd etdiyi kimi, otit mediasına səbəb ola bilər.

...Bəzi dəli analarımız bu axını o qədər təzyiq altında tökürlər ki, az qala beyinə keçə, bu, sadəcə dəhşətlidir.

...Daha əvvəl həkim və teleaparıcı Aleksandr Myasnikov burun axmasının aydın olmayan səbəblərini açıqlamışdı. Həkim bildirib ki, hormonal dərmanlar və antibiotiklər qəbulu nəticəsində burun tıkanıklığı yarana bilər.

Nazlı Almuradova