Türkiyə Prezidenti xalqımızı təbrik edib

18 Oktyabr 2024 20:44 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, “iki dövlət, bir millət” anlayışına sahib olduğumuz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü təbrik edirəm. Prezident və dəyərli qardaşım İlham Əliyevə, bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”.