Puqaçova və Qalkinin yerləri məlum oldu

18 Oktyabr 2024 20:27 (UTC+04:00)

...2022-ci ildə ailəsi ilə birlikdə Rusiyanı tərk edən müğənni Alla Puqaçova Kiprdə görüntülənib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Qeyd olunur ki, müğənni anasının yanında skeytbordda olan 11 yaşlı oğlu Harri ilə gəzərkən görüntülənib. Bu zaman Puqaçova özü də qısa şortda və papaqda rahat gəzirmiş.

...Müğənninin əri Maksim Qalkin bu yaxınlarda ABŞ-dan videomüraciət yazıb. O, pərəstişkarlarını Amerika turnesinə dəvət edib.

Komediyaçı çıxışını ingilis dilində yazsa da, Qalkin konsertlərində rus dilində zarafat edəcəyinə söz verib.

Onun çıxışına biletin qiyməti 85-200 dollar arasındadır. ...Puqaçova bir müddət əvvəl Kristina Orbakaitenin Yeni Zelandiyaya səfərindən danışıb.

Nazlı Almuradova