“HƏMAS” üzvü Xəlil əl-Həyya video görüntülü açıqlama verib

18 Oktyabr 2024 20:06 (UTC+04:00)

“HƏMAS”ın siyasi bürosunun üzvü Xəlil əl-Həyya təşkilatın lideri Yəhya Sinvarın İsrail hücumunda şəhid olduğunu bildirdi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “HƏMAS” üzvü Həyya mövzuya dair video görüntülü bir açıqlama verdi. Açıqlamasında Sinvarın İsrail hücumunda şəhid olduğunu, onun qorxmadan irəli çıxdığını, ön cəbhədə döyüşdüyünü və mövqelər arasında hərəkət etdiyini vurğuladı.

Həyya: "Mübarizə bütün Fələstin torpaqları üzərində paytaxtı Qüds olan bir Fələstin dövləti qurulana qədər davam edəcək."

Xəlil əl-Həyya Qəzzaya qarşı hücumlar dayandırılmadıqca İsrail qüvvələri tamamilə çıxarılmadıqca və fələstinli məhbuslar həbsxanalardan azad edilmədikcə israilli əsirlərin ölkələrinə geri dönməyəcəyini vurğuladı.