Qlobal iqtisadiyyat haqqında proqnoz verildi...

18 Oktyabr 2024 19:56 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgieva qlobal iqtisadiyyatda orta müddətli inkişafın “sönük” olacağının proqnozlaşdırıldığını bildirib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, 21-26 oktyabr tarixlərində keçiriləcək IMF-Dünya Bankı illik iclasları ərəfəsində Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda “Daha yaxşısını edə bilərik” başlıqlı çıxış edib.

Yaxın Şərqdə artan münaqişədən narahat olduqlarını vurğulayan Georgieva “Hamımız Yaxın Şərqdə artan münaqişədən və bunun regional iqtisadiyyatları, qlobal neft və təbii qaz bazarlarını qeyri-sabitləşdirmə potensialından çox narahatıq” deyib. Bu vəziyyətin proqnozların aşağı inkişaf və yüksək borc birləşməsinə işarə etdiyi bir vaxtda baş verdiyini bildirərək “Orta müddətli inkişafın sönük olacağı gözlənilir” ifadəsini işlədib.

Kristalina Georgieva milli təhlükəsizlik narahatlıqları ilə hərəkət edən böyük oyunçuların getdikcə daha çox sənaye siyasətinə və proteksionizmə müraciət etdiyini və ticarət məhdudiyyətləri tətbiq etdiyini qeyd edib: “Bundan sonra, ticarət əvvəlki kimi inkişaf mühərriki olmayacaq.”

IMF rəhbəri orta müddətli inkişafın vacibliyini vurğulayaraq işçi qüvvəsi bazarına, kapitalın hərəkətə gətirilməsinə və məhsuldarlığın artırılmasına yönəlmiş islahatlara diqqət yetirilməsinin vacib olduğunu bildirib.