Model Muraşkina transplantasiya gözləmədən dünyasını dəyişib

18 Oktyabr 2024 19:24 (UTC+04:00)

...“Playboy” jurnalında yer alan 31 yaşlı rusiyalı model və “Bakalavr” teleşousunun ulduzu Veronika Muraşkinanın ölüm səbəbi məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, gənc qadın oktyabrın 17-nə keçən gecə dünyasını dəyişib.

StarHit-in modelin qohumlarına istinadən yazdığına görə, o, ağciyər xəstəliyindən dünyasını dəyişib.

Nəşr qeyd edib ki, Muraşkinanın orqan transplantasiyasına ehtiyacı var: “Veronika transplantasiya üçün növbədə idi, amma alınmadı”.

Veronika Muraşkina 2017-ci ildə aktyor İlya Qlinnikovla "Bakalavr"ın beşinci mövsümündə iştirak edərək məşhurlaşdı.

2020-ci ildə model qəzaya uğradı - Veronikanı avtomobil vurdu, Muraşkina ciddi xəsarət aldı, uzun müddət müalicə və sağalmalı oldu.

Muraşkina Toquçində anadan olub, Moskvada yaşayıb və işləyirdi. Modelin bu yaxınlarda - sentyabrın 24-də 31 yaşı tamam oldu.

Nazlı Almuradova