Abşeron rayonunda 16 mindən çox ağac əkiləcək

18 Oktyabr 2024 18:44 (UTC+04:00)

Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının növbəti mərhələsinə start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 28-nə kimi davam edəcək aksiyada, ümumilikdə, 16500 ədəd ağac və həmişəyaşıl kollar əkiləcək. Əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilir, suvarma şəbəkəsi çəkilir.