Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

18 Oktyabr 2024 17:43 (UTC+04:00)

Suriyanın şimalındakı ''Fərat qalxanı'' bölgəsində separatçı terror təşkilatı PKK/YPG-nin 3 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib:

"Gücünü xalqımızdan alan Türkiyə Silahlı Qüvvələri terrorçulara ağır zərbələr endirməyə davam edir. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində aşkar etdiyi 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Əməliyyatlarımız bölgədəki son terrorçu da zərərsizləşdirilənədək davam edəcək''.