Fransada daşqın olub - küçələr su altında qaldı

18 Oktyabr 2024 16:27 (UTC+04:00)

Fransada leysan yağışların səbəb olduğu sel nəticəsində çoxlu avtomobil zərər görüb, yüzlərlə ev işıqsız qalıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa meteorologiya xidmətinin verdiyi açıqlamada bildirilib: "Dünən Lion şəhəri və cənubundakı 6 bölgədə qırmızı daşqın xəbərdarlığı edilib".

Fransanın ekoloji keçid və energetika naziri Agnes Pannier-Runacher verdiyi açıqlamada deyib: "Ardeche bölgəsində bəzi yerlərdə 48 saat ərzində 700 millimetrə qədər yağış yağıb. Bu, Parisdə bir ildən çox yağıntının miqdarına bərabərdir".