Məşhur bloger xatirələrindən yazdı - FOTOLAR

18 Oktyabr 2024 15:51 (UTC+04:00)

Məşhur bloger Səbinə Orucova Gürcüstanda səfərdədir. SİA xəbər verir ki, bu barədə o “İnstagram” hesabında paylaşım edib.

Bloger bildirib ki, o 10 ildir getmədiyi və uşaqlığının burada keçdiyi nənə-baba evindədir: “Bu gün sizə uşaqlığımın keçdiyi evimizi göstərəcəm. Bəlkə 10 ildir bura gəlmirdim. Burada oyunlar oynayır, dindəlir, yatır və nərd oynayırdıq. Çox qəribə oldum”.

O, həmçinin qeyd edib ki, bu gün həmin evdə nənə-babası üçün ehsan verilir: “Nənəm bu yaşıma kimi tanıdığım ən mələk insan idi. Onu bu dünyada bəlkə də hərkəsdən çox sevirəm. Məni də həqiqətən sevən bəlkə də yeganə insan idi. Rəhmətə gedəndən sonra bura çox gəlmirdim. Sonra babamı da itirdik və heç gəlmədik buralara. Bu gün nostalji hisslərə qapıldım”.

Ayşən Vəli