Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər. SİA xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar.
Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.