Almaniya səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

18 Oktyabr 2024 14:59 (UTC+04:00)

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

“Müstəqilliyin bərpasının 33-cü ildönümü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm!”, - paylaşımda qeyd olunub.