"Onlar əslində radikal qrupların və təriqətlərin nümayəndələridir" - Kaxa Kaladze

18 Oktyabr 2024 14:30 (UTC+04:00)

"Biz monitorinq təşkilatlarının Gürcüstanda keçiriləcək seçkilərə cəlb olunmasını alqışlayırıq, lakin bu cür insanlar və təşkilatlar özlərini müşahidəçi kimi təqdim edirlər, onlar əslində radikal qrupların və təriqətlərin nümayəndələridir". SİA gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

“Ümumiyyətlə, biz seçkilərin ATƏT/DTİHB tərəfindən müşahidə olunmasını, müşahidə təşkilatlarının cəlb olunmasını alqışlayırıq. Amma belə təşkilatlar monitorinq təşkilatı kimi görünmək istəyirlər, qeydiyyatdan keçirlər, “mənim səsim”, “Peterin səsi”, “Paulun səsi” deyirlər, əslində isə həmin radikal qrupların, sektaların nümayəndələridir. Biz hamını ad və soyadla tanıyırıq? Müşahidəçilər nə adlanırsa, ictimaiyyət onları elə tanıyır və onların qiymətləndirmələrinin dəyəri sıfıra bərabərdir. Son bir neçə gündə eşitdiyimiz bəyanatlara gəlincə, bu, təbii ki, ölkənin daxili siyasi işlərinə birbaşa müdaxilədir, daha çox seçki kampaniyasına. Onlar bütün sərhədləri keçiblər və ölkə əhalisinin əksəriyyəti oktyabrın 26-da hamısına cavab verəcək”, - deyə Kaxa Kaladze bildirib.