Dövlət Ehtiyatları Agentliyi auditor seçib

18 Oktyabr 2024 14:34 (UTC+04:00)

Dövlət Ehtiyatları Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 41,3 min manat ödəniləcək.