Peter Mixalko Azərbaycanı təbrik edib

18 Oktyabr 2024 14:06 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko oktyabrın 18-də qeyd olunan Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Azərbaycanı və ölkə xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm!”, - o bildirib.