Media nümayəndələri Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla tanış olublar

18 Oktyabr 2024 13:47 (UTC+04:00)

Media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar. SİA xəbər verir ki, mediaturda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak edib.

İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib.

İştirakçılar ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar, yekun tamamlanma mərhələsindədir. COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili olduğu ərazidə olan media nümayəndələrinə hazırlıq işləri barədə məlumat verilib.

Həmçinin tədbirin keçirildiyi məkan, media mərkəzində yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində icra olunan tədbirlər barədə iştirakçılar məlumatlandırılıb.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.