Zibillərin daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir - SİYAVUŞ NOVRUZOV

18 Oktyabr 2024 12:31 (UTC+04:00)

Zibillərin daşınması bələdiyyələrin səlahiyyələrinə aid deyil. SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, əslində, bu iş bələdiyyələrə verilməlidir:

“Amma bu gün həmin işləri hansısa şirkətlər tərəfindən icra olunur. Bir çox hallarda şahidi oluram ki, vətəndaşlar zibillərin daşınması üçün pul verdiklərini bildirir, amma atılmayanda, bələdiyyələri günahkar çıxarırlar. Buradan bir daha təkrar edirəm ki, bu işə bələdiyyə baxmır”.