Cəbrayılda avtomobillər toqquşub

18 Oktyabr 2024 11:15 (UTC+04:00)

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.