Türkiyə XİN Azərbaycanı təbrik edib

18 Oktyabr 2024 10:12 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat paylaşılıb.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü mübarək olsun!”, - paylaşımda bildirilib.