Balakəndə evdə tək qalan psixoloji xəstə yanaraq ölüb

18 Oktyabr 2024 10:10 (UTC+04:00)

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb. SİA-nın məlumatına görə, rayonun Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Ramazan Məhəmməd oğlu Qarayev evdə tək olduğu zaman içəridə ocaq yandırıb və yanıq xəsarətləri alıb.

34 yaşlı R.Qarayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.