1 tondan artıq çətənə kolu məhv edilib

18 Oktyabr 2024 09:42 (UTC+04:00)

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq növbəti tədbir keçirilib. Bu barədə SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6350 ədəd çətənə kolu yığılaraq məhv edilib.